Premyer Liqa: “Kəpəz” Şamaxıdan 1 xalla qayıtdı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 31-ci turuna start verilib. Arena.az xəbər verir ki, turun açılış qarşılaşması “Şamaxı” və “Kəpəz” komandaları arasında baş tutub.

Şamaxıda baş tutan qarşılaşmada 2 qol qeydə alınıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

İlk oyun gününün digər matçı “Qarabağ”la “Zirə” arasında keçiriləcək. Bu turun “Turan Tovuz” – “Sabah” və “Səbail” – “Neftçi” oyunları sabah baş tutacaq. Tura aprelin 23-də keçiriləcək “Sumqayıt” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
31-ci tur
21 aprel

“Şamaxı” – “Kəpəz” 1:1
Qollar: Emin Zamanov, 34 – Abdullahi Şuaybu, 38.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov.
Şamaxı şəhər stadionu, 16:00.

Şamaxı: 1. Rəşad Əzizli (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 97. Tapdıq Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.
Kəpəz: 68. Orxan Sadıqlı, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: