“Sumqayıt” “Kəpəz”ə Qəbələdə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 32-ci turuna start verilib. Arena.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub.

Burada “Kəpəz” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Öz stadionunun qazonu pis vəziyyətdə olduğu üçün rəqiblərini Qəbələdə qəbul etmək məcburiyyətində qalan Gəncə təmsilçisi bu ev oyunundan xalsız ayrılıb. Sumqayıtlılar səfərdə tək qolla vacib 3 xal qazanıblar.

Günün digər matçında isə “Sabah” və “Şamaxı” komandaları üz-üzə gələcəklər.

Bu turun “Zirə” – “Turan Tovuz” və “Qəbələ” 0 “Səbail” oyunları mayın 1-də keçiriləcək. “Neftçi” – “Qarabağ” görüşü isə ayın 2-də baş tutacaq.

Azərbaycan Premyer Liqası
32-ci tur
29 aprel

“Kəpəz” – “Sumqayıt” 0:1
Qol: Vüsal İsgəndərli, 64.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 16:00.

Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: