“Qarabağ” – “Turan Tovuz” oyununa giriş pulsuz olacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Turan Tovuz” oyununa giriş pulsuz olacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Müstəqillik Günü münasibətilə mayın 28-də keçiriləcək mövsümün sonuncu oyununa giriş pulsuzdur!

Klubdan verilən məlumatda o da qeyd olunub ki, bu qarşılaşma üçün yalnız VIP biletlər satışda olacaq.

Qeyd edək ki, bu matçdan dərhal sonra Ağdam təmsilçisinə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

“Gəlin, çempionluğu birlikdə qeyd edək!” – deyə, Ağdam klubunun mətbuat xidməti azarkeşlərə səslənib.

Xatırladaq ki, mayın 28-də Suraxanıdakı “Azərsun Arena”da baş tutacaq “Qarabağ” – “Turan Tovuz” oyununa saat 19:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: