PSJ-nin ulduz hücumçusu Lionel Messinin atası Xorxe Messi oğlunun mövsümün sonunda “Barselona”ya qayıtmasını istəyir.
Arena.az xəbər verir ki, bu barədə jurnalist Jerar Romero özünün “Twitter” hesabında məlumat verib:
“35 yaşlı Messinin PSJ ilə müqaviləsi iyunun sonunda başa çatır. Bundan sonra argentinalı futbolçunun azad agentə çevrilmə ehtimalı var. Mətbuatda yayılan xəbərlərə görə, Səudiyyə Ərəbistanının “Əl-Hilal”, İspaniyanın “Barselona” və MLS-dən olan “İnter Mayami” klubları onunla maraqlanırlar. Lakin PSJ yenə də onu saxlamağa çalışa bilər”.
Daha əvvəl bildirilmişdi ki, Messinin “Barselona”dan iki istəyi var: yaxın 10 gün ərzində klub La Liqa ilə onun qayıtmasının komanda üçün əlverişli olduğunu təsdiqləməlidir. İkinci tələb, hazırda Ansu Fatiyə məxsus olan 10 nömrəli formanı argentinalıya qaytarmaqdır. Fati onu 2021-ci ildə Messinin gedişindən dərhal sonra alıb.


