PSJ-nin Kilian Mbappe ilə bağlı qəzəbinin əsl səbəbi məlum oldu

Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe ilə bağlı qəzəbinin və onu transferə çıxarmasının əsl səbəbi məlum olub.

Arena.az xəbər verir ki, bu barədə nüfuzlu jurnalist Loik Tanzi özünün “Twitter” hesabında məlumat yayıb.

Məlumata görə, Kilian Mbappenin klubla müqaviləsini daha bir mövsüm uzatmatmaq qərarı klub rəhbərliyi üçün gözlənilməz şok olub. PSJ və Mbappe son bir neçə həftə ərzində müxtəlif müştərək investisiyaları nəzərdə tutaraq, şərtləri hətta klub hüdudlarından kənara çıxan yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparırmışlar. Məhz bu səbəbdən də hücumçunun müvafiq addımı – yeni müqavilə imzalamamaq istəyiq PSJ rəhbərliyini qəzəbləndirib.

Beləliklə müqaviləsini yeniləməkdən imtina edən Mbappenin klubla razılığı 2024-cü ildə başa çatacaq. Bu, hücumçunun gələn mövsümün sonunda Parisi azad agent qismində tərk etməsi deməkdir.

Xatırladaq ki, daha əvvəl Mbappenin müqaviləsini yeniləməmək istəyi haqda kluba ünvanladığı məlumat ictimaiyyətə sızmış, PSJ rəhbərliyinin bundan qəzəblənərək hücumçunu transferə çıxardığı haqda məlumat yayılmışdı. Maraqlıdır ki, daha bir məlumatda parislilərin Mbappenin heç bir halda “Real”a keçməsini istəmədiyi deyilirdi. Hazırda isə PSJ-nin Mbappenin transeri ilə bağlı madridlilərlə danışıq apardığı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: