Lionel Messi “Qızıl Top” haqda: “Daha məni qayğılandırmır”

İnter Mayami”nin və Argentina yığmasının ulduz hücumçusu Lionel Messi qarşıdakı “Qızıl top” mərasimi haqda danışıb.

Arena.az “Titan Sports”a istinadən Messinin sözlərini diqqətinə çatdırır:

“Yenidən qalib gəlsəm, yaxşı olar, əgər gəlməsəm – heç nə olmayacaq. İndi bu, daha məni narahat etmir. Həmişə demişəm ki, mənim üçün vacib olan fərdi yox, kollektiv mükafatlardır. Hazırda ən vacib mükafatım isə Dünya Kubokudur”.

Xatırladaq ki, Messi “Qızıl top”u 7 dəfə qazanıb (2009, 2011, 2012, 2013, 2016, 2019, 2021).

2022/2023 mövsümündə Messi PSJ-nin heyətində 41 oyuna çıxıb, 21 qol vurub, 20 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.

Mövsümün bitməsilə Lionel Messi azad agent qismində “İnter Mayami”yə keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: