Eltun Turabov da “Turan Tovuz”da qaldı

2023/2024 mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Turan Tovuz” yarımmüdafiəçisi Eltun Turabov ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, əyalət klubu 26 yaşlı futbolçu ilə müqavilənin müddətini daha 1 il artırıb.

Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, dayaq yarımmüdafiəçisi ilə yeni müqavilə 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulub.

Xatırladaq ki, Eltun Turabov 2022-ci ilin iyul ayından formasını geyindiyi “Turan Tovuz”la bir illik müqavilə bağlamışdı. Onun əvvəlki sözləşməsi bu ayın sonunda bitirdi. Yarımmüdafiəçi Tovuz təmsilçisində 26 oyun keçirib. O, daha öncə “Sumqayıt”, “Sabah”, “Qarabağ” və “Bilis”də (Albaniya) də oynayıb. Eltun Azərbaycanın u-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Turan Tovuz”da daha öncə Tərlan Quliyev, Kamal Bayramov, Tərlan Əhmədli, Ayxan Hüseynov və Sadiq Quliyevlə də yeni müqavilə imzalanmışdı. Henri Okebuqvu isə Tovuz təmsilçisindən ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: