Mbappe: “Məktubum heç kimi öldürməyib, nə etdiyimi bilirəm”

Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe adı ətrafında yaranmış məlum vəziyyətə münasibətini bildirib.

Arena.az xəbər verir ki, o, Fransa prezidenti Emmanuel Makronun futbolçu karyerasına təsir edib-etməməsi və PSJ rəhbərliyinə müqaviləsi ilə əlaqədar ünvanlandığı məktub haqda bunları söyləyib:

“Prezidentin hansı təsiri var? Bugünkü karyeram üçün, 2023-cü ildə heç bir. O, mənim Parisdə qalmağımı istəyir, mənim məqsədim – qalmaqdır, biz eyni dalğadayıq”.

Xatırladaq ki, daha əvvəl Emmanuel Makron Mbappenin Paris klubunda qalması üçün israr etməyə çalışacağına söz vermişdi.

24 yaşlı forvard klubla müqaviləsini 2025-ci ilə qədər uzatmağa razılıq vermədiyi məktubuna dair bunları deyib:

“Məktub toplanış zamanı göndərilməyib, daha əvvəl göndərilib. Artıq heç nə məni şoka salmır. Məktubun kimisə öldürdüyünü və ya incitdiyini düşünmürəm, insanların reaksiyalarını idarə edə bilməzsən, amma vecimə deyil”.

Ulduz hücumçu müqaviləsini yeniləməkdən imtina etməsinə baxmayaraq, Paris klubunda oynamağa davam edəcəyini bildirib:

“Müqaviləmi yeniləmədən niyə klubda qalacağımı izah edim? Burada izah edəcək heç nə yoxdur. İnsanlar nə istəsə, deyə bilərlər, özləri üçün təəssüfə müqabil, onlar bütün məlumata sahib deyillər. Nə etdiyimi nədən etdiyim və nə dediyimi nədən dediyimi bilirəm.
Mən kluba məktub göndərdim, amma bu, çoxdan olub, beynəlxalq fasilə zamanı olmayıb. Bunu etmək üçün öz səbəblərim vardı”.

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzatmayacağı məlum olub. Hücumçunun Paris klubu ilə cari müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Onun yay transfer pəncərəsində PSJ-dən ayrılmağa hazır olduğu da bildirilirdi. Mbappe ilə “Real” və bir sıra İngiltərə Premyer Liqa klubları maraqlanırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: