2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində üçüncü tura yekun vurulub. Arena.az xəbər verir ki, bu gün 5 qrup (A, E, F, G və J qrupları) üzrə 11 qarşılaşma baş tutub.
F qrupunda yer alan Azərbaycan millisi “Dalğa Arena”da Estoniya yığması ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Bu qrupun digər matçında Avstriya yığması səfərdə Belçika millisinin qonağı olub. Bu görüşdə də oxşar hesab qeydə alınıb.
A qrupunda Norveç evdə Şotlandiyaya, Kipr də Gürcüstana eyni hesabla (1:2) uduzub.
E qrupunda Albaniya yığması Moldovanı 2 cavabsız qolla üstələyib. Farer adalarının qonağı olan Çexiya millisi isə darmadağına sevinib.
G qrupunda Litva – Bolqarıstan və Monteneqro – Macarıstan oyunları da heç-heçə yekunlaşıb.
J qrupunda isə Lüksemburq Lixtenşteyni, Portuqaliya Bosniya və Herseqovinanı məğlub yola salıb. Üç qolun qeydə alındığı İslandiya – Slovakiya matçında da qonaqlar qələbə qazanıblar.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 3-cü tur
17 iyun
A qrupu
Norveç – Şotlandiya 1:2
Qollar: Haland, 61-pen – Daykes, 87. Maklin, 89.
Kipr – Gürcüstan 1:2
Qollar: Pittas, 40 – Mikautadze, 31. Davitaşvili, 84.
Xal: Şotlandiya – 9. Gürcüstan – 4. İspaniya – 3. Norveç – 1. Kipr – 0.
E qrupu
Albaniya – Moldova 2:0
Qollar: Asani, 52. Bayrami, 76.
Farer adaları – Çexiya 0:3
Qollar: Kreyçi, 15. Çerni, 44; 75.
Xal: Çexiya – 7. Polşa – 3. Albaniya – 3. Moldova – 2. Farer adaları – 1.
F qrupu
Azərbaycan – Estoniya 1:1
Qollar: Krivotsyuk, 62 – Sappinen, 27.
Belçika – Avstriya 1:1
Qollar: Lukaku, 61 – Manqala, 22-öz qapısına.
Xal: Avstriya – 7. Belçika – 4. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.
G qrupu
Litva – Bolqarıstan 1:1
Qollar: Girdvainis, 15 – Pektov, 27.
Monteneqro – Macarıstan 0:0
Xal: Serbiya – 6. Macarıstan – 4. Monteneqro – 4. Bolqarıstan – 1. Litva – 1.
J qrupu
Lüksemburq – Lixtenşteyn 2:0
Qollar: Sinani, 59. Rodriges, 89.
Portuqaliya – Bosniya və Herseqovina 3:0
Qollar: B.Silva, 44. B.Fernandes, 77; 90+3.
İslandiya – Slovakiya 1:2
Qollar: Finnboqason, 41 – Kuçka, 27. Suslov, 70.
Xal: Portuqaliya – 9. Slovakiya – 7. Lüksemburq – 4. Bosniya və Herseqovina – 3. İslandiya – 3. Lixtenşteyn – 0.


