PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe 2023-cü ildə “Qızıl top”u qazanmaq şanslarından danışıb.
Arena.az xəbər verir ki, 24 yaşlı forvard bu mükafatın tələblərinə tam cavab verdiyini vurğulayıb:
Mbappenin bu xüsusda fikirlərinə diqqət yetirək: “Fərdi mükafat haqda danışmaq çətindir, çünki bu halda sən özünü lovğalamaq məcburiyyətindəsən. Bu isə geniş ictimaiyyət arasında o qədər də xoş qarşılanmır. Yeni meyarlar hansılardır? Parlaq futbol göstərmək və meydanda mühüm rol oynamaq? Düşünürəm ki, onlara uyğun gəlirəm. Görək. Seçimi başqaları edir, amma mən hələ də nikbinəm”.
Xatırladaq ki, “Qızıl top”a namizədlərin adları sentyabrın 6-da açıqlanacaq. Mükafatlandırma mərasimi oktyabrın 30-da keçiriləcək.
“Qızıl top”un cari sahibi “Əl-İttihad”ın hücumçusu Kərim Benzemadır.


