“Real” Kilian Mbappe ilə bağlı son qərarını verdi

“Real” PSJ-nin ulduz hücumçusu Kilian Mbappeni transfer etmək üçün gələn yaya qədər gözləmək niyyətindədir.

Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.

Məlumata görə, “Real” rəhbərliyi nəhayət Mbappe ilə bağlı planlar barədə qərar verib: madridlilər fransız futbolçunu azad agent kimi almaq üçün gələn ilə qədər gözləyəcəklər.

Daha əvvəl Mbappenin PSJ ilə gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməkdən imtina etdiyi bildirilmişdi. Hücumçu ilə müqavilə bir il müddətinə uzadıla bilərdi, amma Mbappe klub rəhbərliyinə bunu etmək istəmədiyini bildirib.

2022/2023 mövsümündə Mbappe PSJ-nin heyətində 43 oyun keçirib, 41 qol vurub, 10 məhsuldar ötürmə edib. O, komandası ilə Fransa çempionluğunu qazanıb. Mbappe həm də 29 qolla milli birinciliyin ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: