“Mançester Yunayted” rəhbərliyi “Çelsi”nin Meyson Maunt ilə bağlı danışıqlar prosesindəki davranışından narazıdır.
Arena.az bu barədə “Manchester Evening News”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” “Çelsi”ni öz təkliflərini Londondakı xüsusi müxbirləri vasitəsilə mətbuata sızdırmaqda şübhəli bilir.
“Çelsi” “Mançester Yunayted”in Meyson Maunt üçün 40 milyon, 50 milyon və 55 milyon funt-sterlinq məbləğində üç təklifini rədd edib. “Zadəganlar”ın istəyi 65 milyon avrodur.
“Mançester Yunayted” rəhbərliyi hesab edir ki, “Çelsi” müqaviləsi gələn il bitəcək və “zadəganlar”dan ayrılmaq istəyən 24 yaşlı yarımmüdafiəçinin transfer qiymətində ifrata varır.
Baş verənlər müqabilində “Mançester Yunayted”in büdcəsinin məhdud olması səbəbindən danışıqlarda mövqeyinin zəiflədiyi vurğulanır.


