Kristian Pulişiç “Çelsi”ni Fransa klubuna dəyişir?

İngiltərənin “Çelsi” komandasının amerikalı yarımmüdafiəçisi Kristian Pulişiç Lion “Olimpik”inin maraq dairəsindədir.

Arena.az bu barədə “L’Equipe”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, artıq, Lion klubunun rəhbərliyi cinah oyunçusunun nümayəndələri ilə mümkün transferi müzakirə edib. Fransa klubu bu yay transfer pəncərəsində Pulisiçi əsas transfer hədəfi olaraq görür. “Olimpik” rəhbərliyi “zadəganlar”ın hücumameyilli yarımmüdafiəçisinin transferi üçün bütün imkanlarını səfərbər etməyə hazırdırlar. Qarşı tərəfin münasibəti haqda məlumat olmasa da, klublar arasında ilkin danışıqların baş tutacağı istisna edilmir.

24 yaşlı Pulişiç xüsusilə “Milan”ın, həmçinin “Napoli”, “Yuventus”un da maraq obyektidir.

2022/2023 mövsümündə Pulişiç “Çelsi”nin heyətində 30 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Pulisiçin “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Kristian Pulisiçi 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: