Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” yeni – 2023/2024 mövsümü üçün hazırlığa start verib.
Arena.az xəbər verir ki, Gəncə şəhər stadionunun yardımçı təbii meydanında keçirilən məşq prosesi seleksiya xarakteri daşıyır.
Belə ki, hazırlığa təcrübəli oyunçularla yanaşı, Gəncə futbol məktəbinin gənc yetirmələri də qatılıblar. Klubun əvəzedici heyətinin və U-19 komandasının futbolçuları da məşqlərə qoşulublar.
Xatırladaq ki, “Kəpəz” yeni mövsümə yeni baş məşqçi – Azər Məmmədovun rəhbərliyi altında hazırlaşır. Komandanın hazırlıq prosesinin nə vaxta kimi Gəncədə davam edəcəyi hələ bilinmir.


