Fantastik iddia: “Real”ın Mbappeni alıb “saxlamağa” imkanı yoxdur

Ferlan Mendinin agenti İvan Le Mi “Real”ın bu yay PSJ-nin ulduzu Kilian Mbappeni transfer etmək şansının olmadığı qənaətindədir.

Arena.az bu barədə “RMC Sport”a istinadən xəbər verir.

Daha əvvəl, İspaniya mətbuatında “Real”ın Mbappe üçün bu yay 250 milyon avro ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.

İvan Le Minin bu xüsusda fikirlərini diqqətinizə çatdırırıq: “Heç bir halda! İndi klubun transfer üçün pulu yoxdur.

Bu, fantaziyadır. Bu günə kimi heç kim heç bir təkliflə çıxış etməyib. “Real” ona bu qədər məvacib verməyə hazır deyil, o isə ildə xalis 40 milyon qazanır. Həm də həmin xalis 30 milyon illik bonus. Beləliklə, o, 70 milyon avro qazanır, Kərim Benzemaya isə 13 milyon avro ödənirdi. Bunu anlamaq lazımdır.

Onlar futbolçunun maaşına dair nə edəcəklərini bilmirlər. Və nə vaxt havayı keçid edə biləcəyini bilmirdilər. “Real” Mbappeyə 20 milyon avro təklif edib. Və bu təklif onun PSJ-də gördüyündən işıq illəri uzaqlığındadır”.

Xatırladaq ki, Mbappe PSJ ilə müqaviləsini avtomatik qaydada yeniləməyi nəzərdə tutan müvafiq maddəyə qol qoymaqdan imtina edib və bu halda gələn mövsümün bitməsilə azad agentə çevrilə bilər. Paris nəhəngi futbolçunu havayı itirməmək üçün onun transferində maraqlıdır. Hətta Mbappenin qarşısına ya müqaviləni yeniləməyi, ya da transferə çıxarılacağı şərtlərini qoyub. Mbappenin daha bir il Parisdə qalmaqdan məmnun olduğu deyilir. Digər tərəfdən, “Real” Mbappeni Madridə gətirmək üçün dəridən-qabıqdan çıxır. Başqa klubların bu mübarizədə potensial imkanlarının məhdud olduğu bir məqamda, az öncə “Liverpul” Mbappe üçün PSJ-yə 300 milyon avro ödəməyə hazır olduğu təklifi ilə çıxış edərək məsələni qızışdırıb. Hazırda bütün vəziyyət qeyri-müəyyən olaraq qalır.

Xəbəri sosial şəbəkələrdə paylaş: