“Atletiko” Höybyerqi istəyir

Madrid “Atletiko”su “Tottenhem”in danimarkalı mərkəz yarımmüdafiəçisi Pyer-Emil Höybyerqi cari transfer pəncərəsində heyətinə qata bilər.

Arena.az bu barətə “The Athletic”ə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, London klubu 27 yarımmüdafiəçisi ilə vidalaşmağa hazırdır. Ancaq bunun, İspaniya təmsilçisindən yalnız sərfəli maliyyə təklifi olacağı təqdirdə mümkün olacağı vurğulanır. Madrid klubu yarımmüdafiəçini izləməyə davam edir, amma hazırda bu transfer üçün qarşı tərəflə hələ əlaqə saxlanılmayıb.

2022/2023 mövsümündə Höybyerq “Tottenhem”in heyətində 44 oyuna çıxıb, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

Höybyerqin “Tottenhem”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.

“Transfermarkt” internet-portalı Pyer-Emil Höybyerqi 45 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “Atletiko”nun hücumçusu Joao Feliksin UEFA Çempionlar Liqasında iştirak etməyən komandaya keçmək istəmədiyi haqda məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: