“İnter Mayami”nin hücumçusu Lionel Messi ispan yarımmüdafiəçi Sesk Fabreqasın futbolçu karyerasını bitirməsinə münasibətini açıqlayıb.
Arena.az Messinin bu xüsusda sosial şəbəkə hesabında paylaşdığı sözlərini diqqətinizə çatdırır:
“Bizim, sən və ailən haqqında düşündüyümüz bütün yaxşı şeyləri artıq bilirsən, Sesk. Sən mənim ən yaxşı dostlarımdan birisən. Biz mütləq birlikdə çox vaxt keçirməyə davam edəcəyik. Hamı səni çox sevir və sənə yeni mərhələdə uğurlar arzulayır, dostum! Möhkəm qucaqlayıram”.
Xatırladaq ki, Sesk Fabreqas və Lionel Messi 3 il (2011-ci ildən 2014-cü ilə qədər) “Barselona”nın heyətində birlikdə çıxış ediblər. Bu müddətdə onlar kataloniyalılarla 6 qənimət qazanıblar: 1 İspaniya çempionluğu, 1 İspaniya Kuboku, 2 İspaniya Super Kuboku, həmçinin UEFA Super Kuboku və klublararası dünya çempionatı.
Karyerasını başa vurduqdan sonra Fabreqasın özünü məşqçi kimi sınayacağı bildirilib.


