“İnter Mayami”nin prezidenti və həmsahibi Xorxe Mas ötən ay rəsmi müqavilə bağladıqları argentinalı hücumçu Lionel Messi haqda danışıb.
Arena.az xəbər verir ki, o, “El Pais”ə müsahibəsində 36 yaşlı futbolçunun transferinin MLS-ə çox müsbət təsir edəcəyinə əmin olduğunu söyləyib:
“2019-cu ildən Messi ilə necə müqavilə imzalaya biləcəyimiz haqda düşünməyə başladıq. Leo MLS-in dünyanın iki-üç ən yaxşı liqasından birinə çevrilməsinə kömək edə bilər.
Məncə, o, iz qoymaq arzusu ilə gəlib. Leo bunu futboldan kənarda da bacaracaq. O, təqaüdə çıxanda klubda pay sahibi olacaq”.
Xatırladaq ki, Lionel Messi geridə qalmış mövsümün başa çatması ilə PSJ-dən azad agent qismində ayrılaraq “İnter Mayami”yə keçib.


