“Qəbələ”nin sol cinah müdafiəçisi Rüfət Əhmədov Azərbaycan Premyer Liqasının digər təmsilçisi “Kəpəz”ə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 21 yaşlı oyunçu “Qəbələ”dən 1 illik müddətə icarəyə götürülüb.
Rüfət Əhmədov “Qəbələ”nin yetirməsidir. O, klubun əsas komandasında 30 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Rüfət 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alır.
Xatırladaq ki, “Kəpəz” daha öncə “Sumqayıt”dan ayrılan Vurğun Hüseynovu da heyətinə qatmışdı. Gəncə klubu Elçin Əlicanov və Yeqor Xvalko ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya ilə də yollarını ayırıb.


