“Kəpəz” komandası futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə hazırlığını davam etdirir.
Arena.az xəbər verir ki, futbolçular səhər məşqində zalda fitneslə məşğul olur, axsam hazırlığında isə meydanda topla çalışırlar.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda hazırlıq müddətində yoxlama oyunları da keçirəcək. “Kəpəz” iyulun 7-də Bakıda “Səbail”lə qarşılaşacaq.
Oyun Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək. Görüşə saat 18:00-da start veriləcək.


