“Çelsi” Meyson Maunta təşəkkür ünvanladı

“Çelsi”nin sahibi Todd Bouli və həmsahibləri Behdad Eqbali və Xose E. Felisiano yarımmüdafiəçi Meyson Maunta təşəkkür ünvanlayıblar.

Arena.az bu barədə “Çelsi”nin rəsmi saytına istinadən xəbər verir.

Xatırladaq ki, iyulun 5-də Mauntun “Mançester Yunayted”ə keçidi rəsmiləşib.

“Biz Meysona “Çelsi”də olduğu müddətdə meydanda və meydandan kənarda göstərdiyi bütün səylərə görə təşəkkür etmək istəyirik. O, klubda keçirdiyi dövrlə yadda qalacaq mükəmməl peşəkardır” – klub rəhbərliyi bildirib.

Klubun mətbuat xidməti Mauntun gedişi münasibətilə yazıb:

“Meyson Maunt klubu tərk edərək, “Çelsi” ilə 18 illik əməkdaşlığına xitam verdi. İngiltərə yığmasının oyunçusu altı yaşında “mavilər”lə məşq etməyə başlayıb və doqquz yaşa qədər komanda ilə müqavilə imzalayıb. Maunt, İngiltərə gənclər kubokunu, UEFA-nın yeniyetmələr liqasını qazanıb, ardınca “Vitess Arnem” və “Derbi Kaunti”də icardə müvəffəqiyyətlə oynayıb.

2019/2020 mövsümü ərəfəsində Maunt “Çelsi”nin əsas komandasına daxil edilib. O, Frank Lampardın komandasının əsas dayağı olub və debüt mövsümündə 50-dən çox oyuna çıxıb ki, bu da, daha əvvəl heç bir akademiya məzununun əldə etmədiyi nailiyyətdir”.

Xatırladaq ki, “Çelsi” karyerası boyunca Meyson Maunt “zadəganlar”ın heyətində 195 oyuna çıxıb, 33 qol vurub, 37 məhsuldar ötürmə verib. O, komandası ilə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, klublararası dünya çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: