“Real” 200 milyon avrosunu hazırlayıb Mbappeni gözləyir

Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe 200 milyon avro qarşılığında Madrid “Real”ına qoşula bilər.

Arena.az bu barədə jurnalist-insayder Xosep Pedrerola istinadən xəbər verir.

Pedrerol “El Chiringuito” televiziyasının efirində əldə etdiyi məlumatı səsləndirib:

“Mən yalnız “Real”ın planını açıqlayacağam. Onlar, Mbappe yenidən PSJ ilə müqaviləni yeniləməkdən imtina edənə qədər gözləyəcəklər. Madridlilər PSJ ilə danışıqlara başlamayacaqlar. Mbappenin anası müqavilənin yenilənməyəcəyini təsdiqləyəcək və bundan sonra “Real” “xilaskar” rolunu sınayacaq. Artıq 200 milyon avro hazırlanıb”, – deyə Pedrol bildirib.

Bundan əlavə, jurnalist bildirib ki, “Real”ın prezidenti Florentino Peres artıq Mbappe ilə gələn ilin yayında, yəni 2024-cü ildə havayı transfer barədə razılığa gəlib. Buna rəğmən, ulduz hücumçunun Paris klubuna məktubu və PSJ-dən gələn digər siqnallar tərəfləri məhz indi razılığa gəlmək üçün çalışmağa vadar edib.

Geridə qalmış 2022/2023 mövsümündə Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə verib. O, komandası ilə Fransa çempionluğunu qazanmaqla yanaşı, 29 qolla turnirin ən sərrat futbolçusu olub və ən yaxşı oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: