Tural Rzayev ilə bağlı qərar verildi – “Kəpəz”də!

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz”də yarımmüdafiəçisi Tural Rzayev ilə də bağlı yekun qərar verilib.

Arena.az xəbər verir ki, 29 yaşlı vingerlə yeni müqavilə imzalanıb.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik yeni sözləşməyə imz atıblar. Bu isə futbolçunun2024-cü ilin 30 iyununa qədər “Kəpəz”də qalacağı anlamına gəlir.

Xatırladaq ki, Tural Rzayev Gəncə futbol məktəbinin yetirməsidir. O, vaxtilə “Yonava” (Litva) və “Merani” (Gürcüstan) kimi klublarda legioner həyatı da yaşayıb. Rzayev “Kəpəz”də bütövlükdə 94 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

Xatırladaq ki, “Kəpəz”də daha öncə Elçin Əlicanov və Yeqor Xvalko ilə də yeni müqavilə imzalanmışdı. Gəncə klubu Vurğun Hüseynov, Rüfət Əhmədov və Zamiq Əliyevi də transfer edib. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya isə komandanı tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: