PSJ-nin prezidenti Nasser Əl-Xelaifi klubun fransız ulduz hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı məsələyə toxunub.
Arena.az “RMC Sport”a istinadən Əl-Xelaifinin bu xüsusda fikirini diqqətinizə çatdırır:
“Mənim mövqeyim çox aydındır. Mən hər dəfə təkrar etmək istəmirəm: Kilianın qalmasını istəyirik. Amma Kilian özü qalmaq istəyirsə, yeni müqavilə imzalamalıdır.
O, dünyanın ən yaxşı oyunçusudur, havayı gedə bilməz, bu, mümkün deyil. Bu, Fransa klubudur. Özü də, heç vaxt pulsuz getməyəcəyini deyib. Bu gün fikrini dəyişsə, bu, mənim günahım deyil. Biz dünyanın ən yaxşı oyunçusunu havayı buraxmaq istəmirik… Bu, açıq-aşkar aydındır”.
Xatırladaq ki, mətbuatda Mbappenin PSJ-yə münasibəti heç də birmənalı qarşılanmır. Ən böyük problemi isə komanda yaşayır, məşqçi heyəti, kollektivi Mbappe ətrafında, ya Mbappesiz quracağını hələ də müəyyən edə bilməyib.


