PSJ Mbappeyə əvəzedici tapıb

PSJ yay transfer pəncərəsi zamanı komandadan ayrıla biləcək fransız ulduz hücumçu Kilian Mbappeni əvəzləmək üçün namizəd hədəfləyib.

Arena.az bu barədə “Footmercato”ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, PSJ rəhbərliyi bu məqsədlə “Barselona”nın hücumçusu Usman Dembeleni transfer etməyi düşünür.

Dembele parislilərin yeni baş məşqçisi Luis Enrikenin ürəyincədir. Bundan əlavə, 26 yaşlı fransalı hücumçunun “Barselona” ilə müqaviləsində iyulun sonuna qədər 50 milyon avroluq sərbəstqalma maddəsi nəzərdə tutulub.

2022/2023 mövsümündə Dembele “Barselona”nın heyətində 35 oyuna çıxıb, 8 qol vurub, 9 məhsuldar ötürmə verib. O, kataloniyalılarla İspaniya çempionluğunu, İspaniya Super Kubokunu qazanıb.

Dembelenin “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı görə Usman Dembeleni 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: