Bu yay Fransa çempionu PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçən Lionel Messinin şərəfinə ABŞ-da pivə istehsal edilməyə başlayıb.
Arena.az bu barədə “Goal” portalına istinadən məlumat verir.
Xatırladaq ki, daha əvvəl Lionel Messi PSJ ilə müqavilə müddəti bitdikdən sonra azad agent qismində “İnter Mayami”yə keçmişdi.
Messinin MLS-ə keçməsi şərəfinə “Prison Pals Brewing Co.” şirkəti “GOAT Beer” adı altında pivə istehsalına başlayıb (GOAT ixtisarının açması ingiliscə “greatest of all time” – bütün zamanların ən yaxşısı, deməkdir). Hazırda pivə artıq satışa buraxılıb.
Pivəni istehsal edən şirkətin baş direktoru, həmtəsisçisi və pivədarı ABŞ-da məskunlaşmış argentinalılardır.
Xatırladaq ki, Lionel Messinin MLS-də debütü iyulun 21-də “Kruz Asul”la qarşı oyunda gözlənilir.



