Slaven Biliç Səudiyyə Ərəbistanı klubunda – Rəsmi

Xorvatiya milli komandasının sabiq baş məşqçisi Slaven Biliç bundan sonra Səudiyyə Ərəbistanının “Əl-Fateh” komandasını çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Onun yeni komandası ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 6-cı yeri tutub.

Xatırladaq ki, Slaven Biliç son olaraq İngiltərənin “Uotford” komandasına rəhbərlik edib. O, 2022-ci ilin sentyabrında müqavilə bağladığı Çempionşip təmsilçisindən bu ilin martında ayrılmışdı.

Biliç məşqçilik karyerası ərzində “Hayduk” (Split), “Lokomotiv” (Moskva), “Beşiktaş”, “Vest Hem”, “Əl-İttihad”, “Vest Bromviç”, “Beijing Quoan” kimi klublarda da baş məşqçi olub. O, Xorvatiya yığmasından öncə ölkəsinin U-21 yığmasına da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: