Paulo Bento rəsmən BƏƏ millisində!

Portuqaliyalı 54 yaşlı mütəxəssis Paulo Bento Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) futbol üzrə yığmasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin futbol federasiyası məlumat yayıb.

Tərəflər 3 illik (2026-cı ilin 31 dekabrına kimi) müqavilə bağlayıblar. BƏƏ Bentodan yığmanın DÇ-2026-ya vəsiqə qazanmasını istəyib.

Xatırladaq ki, Paulo Bento son olaraq Cənubi Koreya seçməsinin baş məşqçisi postunda çalışıb. Hansı ki, bu komanda onun rəhbərliyi altında DÇ-2022-nin iştirakçısı olub. Cənubi Koreya yığması mundialın 1/8 final mərhələsində Braziliyaya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.

Bento daha öncə Portuqaliya (2010-2014) yığmasına da rəhbərlik edib. O, həmçinin “Sportinq”, “Kruzeyro”, “Olimpiakos”, “Çunçin Lyantzyan” kimi klublarda da baş məşqçi postunda çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: