2023/2024 mövsümünə hazırlığı davam etdirən “Zirə” yay təlim-məşq toplanışı çərçivəsindəki ilk yoxlama oyunu üçün rəqib tapıb.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Premyer Liqanın digər təmsilçisi “Kəpəz”lə qarşılaşacaq.
Bu barədə klubun yaydığı açıqlamada bildirilib. Qarşılaşmanın iyulun 14-də Zirə İdman Kompleksində baş tutacağı diqqətə çatdırılıb. Oyuna saat 19:00-da start veriləcək.
Xatırladaq ki, “Kəpəz” buna qədər artıq bir yoxlama oyunu keçirib. Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi iyulun 7-də “Səbail” ilə üz-üzə gəlmiş və 1:2 hesablı məğlubiyyətə üzülmüşdü.


