Konfrans Liqasında 1-ci raundun ilk oyunlarına yekun vurulur

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 29 oyun baş tutacaq.

Azərbaycan təmsilçilərinin 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri də bu gün ilk matçlarını keçirəcəklər. Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya” və Latviyanın RFS komandaları Skopyedə üz-üzə gələcəklər. “Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları isə Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər.

Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı Ermənistanda “Ararat”ın qonağı olacaq. 28 yaşlı yarımmüdafiəçinin də meydana çıxması gözlənilən oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Xatırladaq ki, Avropa Konfrans Liqasında mövsümə ötən gün baş tutan iki oyunla start verilib. İlk oyun günündə “Düdelanj” (Lüksemburq) “Sent Patriks” (İrlandiya) üzərində 2:1 hesablı qələbəyə sevinib. “B36 Torshavn” (Farer adaları) – “Payde” (Estoniya) matçında isə qapılara qol vurulmayıb – 0:0.

Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab matçları iyulun 18-də və 20-də keçiriləcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi

13 iyul

18:00. “Tobol” (Qazaxıstan) – “Honka” (Finlandiya)
19:00. “Ararat” (Ermənistan) – “Eqnatiya” (Albaniya)
19:00. “İnter” (Andorra) – “Vikinqur” (Farer adaları)
19:00. “Pünik” (Ermənistan) – “Trans” (Estoniya)
19:30. “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya)
19:30. “Jilina” (Slovakiya) – “Levadiya” (Estoniya)
20:00. “Panevejis” (Litva) – “Milsami” (Moldova)
20:00. “Haka” (Finlandiya) – “Kruzeyders” (Şimali İrlandiya)
20:00. “Meqpays” (Cəbəllütariq) – “Dandolk” (İrlandiya)
21:00. “Alaşkert” (Ermənistan) – “Arsenal” (Tivat, Monteneqro)
21:00. “Domjale” (Sloveniya) – “Baltsan” (Malta)
21:00. “Dukagini” (Kosovo) – “Europa” (Cəbəllütariq)
21:00. “Qzira Yunayted” (Malta) – “Qlentoran” (Şimali İrlandiya)
21:00. “Hegelmann” (Litva) – “Şkupi” (Şimali Makedoniya)
21:00. “Riqa” (Latviya) – “Vikinqur” (Reykyavik, İslandiya)
21:00. “Torpedo” (Kutaisi, Gürcüstan) – “Sarayevo” (Bosniya və Herseqovina)
21:30. “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan)
21:30. “Proqres” (Lüksemburq) – “Gilani” (Kosovo)
21:30. “Penibont” (Uels) – “Santa Koloma” (Andorra)
22:00. “HB Torshavn” (Farer adaları) – “Derri Siti” (İrlandiya)
22:00. “Akureyri” (İslandiya) – “Nomads” (Uels)
22:00. “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan)
22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Haverforduest Kaunti” (Uels)
22:00. “Vaduts” (Lixtenşteyn) – Neman (Belarus)
22:30. “Sutyeska” (Monteneqro) – “Kosmos” (San Marino)
22:30. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus)
22:45. “La Fiorita” (San Marino) – “Zimbru” (Moldova)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Vlajniya” (Albaniya)
22:00. “Maribor” (Sloveniya) – “Birkirkara” (Malta)

Xəbəri sosial şəbəkələrdə paylaş: