Fransa çempionu PSJ bu yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirmək üçün əsas variantlarını baxışdan keçirir.
Arena.az bu barədə “L’Equipe”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, parislilərin siyahısı qısa olsa da, namisədləri sanballıdır. Paris nəhəngi hazrıda “Çelsi”dən 28 yaşlı ispan Kepa Arrisabalaqanı, “Tottenhem”dən 36 yaşlı fransız Uqo Lyorisi və yaxınlarda “Mançester Yunayted”dən azad agent qismində ayrılmış 32 yaşlı ispan qapıçı David de Xeanı müqayisə edir.
Xatırladaq ki, PSJ-nin əsas qapıçısı italyan Canluici Donnarummanın əvəzedicisi Serxio Riko may ayında bədbəxt hadisə nəticəsində ağır zədələnib və bərpa kursu keçməsinə rəğmən, böyük futbola qayıtmaq şansları ehtimala barabərdir. Parislilər bu boşluğu doldurmaq istəyirlər. Eyni zamanda, PSJ-nin baş məşqçisi Luis Enrike komandasında ayaqları ilə yaxşı oynaya bilən, rəqabətədavamlı qapıçı görmək istəyir.
Kepa, Lyoris və De Xeanın böyük təcrübəsi və gərəkli bacarıqları var ki, bu da Paris klubunu qane edir. PSJ-nin konkret olaraq hansı qapıçıya üstünlük verdiyi haqda məlumat verilmir.


