“Sabah”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri bu gün 1-ci təsnifat mərhələsində ilk oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, Şimali Makedoniyanın “Makedoniya” və Latviyanın RFS komandaları Skopyedə üz-üzə gəliblər.
Qarşılaşma qonaqlar üçün uğurlu alınıb. Belə ki, Riqa təmsilçisi səfərdə 1:0 hesablı qələbəyə sevinib. Latviyalıların yeganə qolunu 34-cü dəqiqədə Andrey İliç vurub.
Bu komandalar arasındakı cavab qarşılaşması iyulun 20-də Riqada baş tutacaq. Cütün qalibi növbəti təsnifat mərhələsində məhz “Sabah”la üz-üzə gələcək. Püşkün nəticəsinə əsasən, Azərbaycan təmsilçisi ilk matçını 27 iyulda səfərdə, cavab görüşünü isə avqustun 3-də Bakıda keçirəcək.
Xatırladaq ki, bu gün “Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları da Sarayevoda münasibətlərinə aydınlıq gətirəcəklər. Bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.


