“Kəpəz”in nigeriyalı hücumçusu Andullahi Şuaybu komandasının 2023/2024 mövsümünə hazırlığını dəyərləndirib.
Arena.az xəbər verir ki, 21 yaşlı forvard klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Komandamız təlim-məşq toplanışına başlayıb. İşlər yaxşı gedir. Yeni komanda qurulur. Ümid edrəm ki, bu kollektiv yaxşı nəticə verəcək. İnşallah, belə də olar. Özümə gəlincə, fikrim məşqlərə yönəlib. Komandam üçün əlimdən gələn ən yaxşısını edəcəyəm”.
Ötən mövsüm çempionatda vurduğu 11 qolla “Kəpəz”in bombardiri olmuş Şuaybu yeni mövsümdə də qollarını sıralamağa çalışacağını bildirib: “Ötən çempionatdan daha yaxşı çıxış etməyə çalışacağıq. Starta kimi mübarizəyə hazır olacağıq. Bəli, ötən mövsüm komandanın ən sərrast futbolçusu olmuşdum, qol ötürmələri də vermişdim. Yeni mövsümdə də qolları sıralamağı, bombardir olmağı düşünürəm”.
Xatırladaq ki, Abdullahi Şuaybu 2022-ci ilin iyul ayından “Kəpəz”in formasını geyinir. O, Gəncə klubunda keçirdiyi 36 oyunda 12 qol və 5 məhsuldar ötürmə müəllifi olub.


