Avropa Konfrans Liqasında 2-ci mərhələnin bütün cütləri bəlli oldu

Futbol üzrə Avropa Konfrans Liqasında 2022/2023 mövsümünün 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək “Neftçi”, “Sabah” və “Qəbələ”nin də rəqibləri bəlli olub.

“Qəbələ”nin Kiprin “Omoniya” komandasına qarşı mübarizə aparacağı öncədən məlum idi. Ötən gecə baş tutan 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra isə “Neftçi” və “Sabah”ın da rəqibləri dəqiqləşib. Belə ki, “Neftçi” “Jelezniçar”la (Bosniya və Herseqovina), “Sabah” isə RFS (Latviya) ilə qarşılaşacaq.
“Neftçi” və “Sabah” ilk matçını səfərdə, “Qəbələ” evdə keçirəcək.

Musa Qurbanlının yeni komandası – İsveç “Yurqorden”i də bu mərhələdən etibarən mübarizəyə qoşulacaq. Sözügedən komandanı İsveçrə “Lutsern”i ilə mübarizə gözləyir.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları 27 iyulda, cavab görüşləri isə 3 avqustda baş tutacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi

Çempionlar yolu

“Tre Penne” (San Marino) – “Valmiera” (Latviya)

“Ferentsvaroş” (Macarıstan) – “Şemrok Rovers” (İrlandiya)

TNS (Uels) – “Svift” (Lüksemburq)

“Atletik” (Andorra) – “Partizani” (Albaniya)

“Hamrun” (Malta) – “Dinamo” (Tiflis, Gürcüstan)

“Farul” (Rumıniya) – “Urartu” (Ermənistan)

“Struqa” (Şimali Makedoniya) – “Buduçnost” (Monteneqro)

“Ballkani” (Kosovo) – “Larne” (Şimali İrlandiya)

Əsas yol

“Riyeka” (Xorvatiya) – “Dukagini” (Kosovo)

“Qzira Yunayted” (Malta) – “Düdelanj” (Lüksemburq)

“Yurqorden” (İsveç) – “Lütsern” (İsveçrə)

“Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya)

“Sutyeska” (Monteneqro) – “Santa Koloma” (Andorra)

“Hapoel” (Beer-Şeva, İsrail) – “Panevejis” (Litva)

“Vorskla” (Ukrayna) – “Dila” (Gürcüstan)

ÇFR (Rumıniya) – “Adana Dəmirspor” (Türkiyə)

“Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa)

RFS (Latviya) – “Sabah” (Azərbaycan)

“Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya)

“Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan)

APOEL (Nikosiya, Kipr) – “Voyvodina” (Serbiya)

ÇSKA (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya)

“Alaşkert” (Ermənistan) – “Debretsen” (Macarıstan)

“Lex” (Polşa) – “Kauno” (Litva)

“Kalmar” (İsveç) – “Pünik” (Ermənistan)

“Bodo Qlimt” (Norveç) – “Bohemians” (Çexiya)

“Auda” (Latviya) – “Spartak” (Trnava, Slovakiya)

“Osiyek” (Xorvatiya) – “Zalaegerseq” (Macarıstan)

“Tvente” (Niderland) – “Hammarbü” (İsveç)

“Akureyri” (İslandiya) – “Dandolk” (İrlandiya)

“Brügge” (Belçika) – “Orhus” (Danimarka)

“Kruzeyders” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)

“Hibernian” (Şotlandiya) – “İnter” (Andorra)

“Viktoriya” (Plzen, Çexiya) – “Drita” (Kosovo)

“B36 Torshavn” (Farer adaları) – “Haverforduest Kaunti” (Uels)

“Bazel” (İsveçrə) – “Tobol” (Qazaxıstan)

“Differdanj” (Lüksemburq) – “Maribor” (Sloveniya)

“Austriya” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina)

ÇSKA 1948 (Bolqarıstan) – “Styaua” (Rumıniya)

“Ararat” (Ermənistan) – “Aris” (Saloniki, Yunanıstan)

“Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova)

“Torpedo BelAZ” (Belarus) – AEK (Larnaka, Kipr)

“Torpedo” (Kutaisi, Gürcüstan) – “Aktobe” (Qazaxıstan)

“Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq)

“Derri Siti” (İrlandiya) – “KuPS” (Finlandiya)

“Gent” (Belçika) – “Jilina” (Slovakiya)

“Keçkemet” (Macarıstan) – “Riqa” (Latviya)

“Linfild” (Şimali İrlandiya) – “Poqon” (Polşa)

PAOK (Yunanıstan) – “Beytar” (İsrail)

“Baltsan” (Malta) – “Neman” (Belarus)

“Fənərbaxça” (Türkiyə) – “Zimbru” (Moldova)

“Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr)

“Şkupi” (Şimali Makedoniya) – “Levski” (Bolqarıstan)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: