Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Sabah”ın Latviyanın RFS komandası ilə ev oyununa bilet satışına start verilib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq bu qarşılaşmanın biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxıb.
“Sabah”ın avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin “iticket”in satış məntəqələrindən əldə edə bilərlər.
Bilet almaq üçün https://iticket.az/events/sport/sabah-fk-fc-rfs/96863 linkinə daxil ola bilərsiniz.
“Iticket” satış məntəqələri:
28 mall
Gənclik mall
Heydər Əliyev sarayı
Azərbaycan kinoteatrının yanındakı kassa
Kontinental marketin yanındakı kassa (Nizami küçəsində)
Bakı şəhərində yerləşən 1, 2, 3 və 4 saylı “Asan xidmət” mərkəzləri
Sumqayıt şəhərində yerləşən “Asan xidmət” mərkəzi.
Qeyd edək ki, “Sabah” – RFS matçı avqustun 3-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun isə iyulun 26-da Latviyada baş tutacaq. Həmin oyun da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

RFS Avropa Konfrans Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayıb. Latviya təmsilçisi Şimali Makedoniyanın “Makedoniya” komandasını iki oyunun nəticəsinə görə üstələyib. Səfərdə bu rəqibini 1:0 hesabıyla məğlub etmiş riqalılar doğma meydanda da 4:1 hesablı darmadağına seviniblər.
Birbaşa 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan təmsilçisi isə indiyə qədər avrokuboklarda iştirak etməyib.


