Fransa prezidenti Makrondan Mbappeyə təzyiq var

Fransa prezidenti Emmanuel Makron növbəti dəfə ölkə çempionu PSJ-nin ulduz futbolçusu Kilian Mbappeyə təzyiq edib.

Arena.az bu barədə “El Debate”yə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Makron 2024-cü ildə keçiriləcək Paris Olimpiadasını əsas tutaraq, 24 yaşlı ulduz hücumçunun PSJ-də daha bir mövsüm keçirməsini istəyir.

Keçən il Kilian Mbappenin Emmanuel Makronun müdaxiləsi səbəbindən PSJ ilə müqaviləsini uzatdığı bildirilmişdi. O vaxt çoxları futbolçunun azad agent qismində “Real”a keçəcəyini gözləyirdi.
Xatırladaq ki, Mbappe PSJ ilə müqaviləsini 2024/2025 mövsümü üçün uzatmaqdan imtina edib. Bu da növbəti ilin yayında Mbappenin azad agent statusuna sahib olacağı deməkdir.

Bir qədər əvvəl PSJ-nin Mbappeni klubun Yaponiyada keçiriləcək təlim-məşq toplanışına cəlb etdiyi heyətdən xaric etməsi, öz növbəsində ulduz futbolçunun bundan təəccübləndiyi haqda məlumat yayılmışdı. PSJ rəhbərliyi bu addımına Mbappenin “Real”a keçidi məsələsində ulduzun “Kral klubu” ilə gizli razılığa gəlməsini əsas gətirir. Həmçinin Paris klubu bir daha Mbappenin iştirakı ilə oyun keçirməmək haqda düşünür.

Xəbəri sosial şəbəkələrdə paylaş: