Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Tottenhem”in ingilis hücumçusu Harri Keyni heyətinə qatmaq istəyir.
Arena.az bu barədə “Sky Sports”un xüsusi mənbələrə istinadı əsasında məlumat verir.
Mənbələrdən birinin məlumatına görə, “Əl-Hilal” Harri Keyni cari yay transfer pəncərəsində klubun əsas transfer hədəfi elan edib. Ərəbistan klubunun təmsilçiləri müvafiq sövdələşmənin həyata keçməsi istiqamətində artıq, bir vasitəçi ilə müzakirlər də aparmağa macal tapıblar.
Ancaq Harri Keynin Ərəbistana keçmək marağında olmadığı və bu transferə razı olmayacağı xüsisilə vurğulanır. Məsələ burasındadır ki, 29 yaşlı Keyn onun xidmətində maraqlı olan “Bayern”ə keçmək istəyindədir və hücumçu futbol iddialarını sürdürür.
Keyn “Tottenhem”in yetirməsidir və 2011-ci ildən “mahmızlar”ın heyətində çıxış edir.
Geridə qalmış 2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyun keçirib, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı” Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl PSJ-nin də Keynə maraq göstərdiyi və bu məsələdə Paris nəhənginin prezidenti Nasser Əl-Xelaifinin xüsusilə maraqlı olduğu vurğulanırdı.


