“Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Arena.az xəbət verir ki, paytaxt təmsilçisi bu mərhələdə Latviyanın RFS komandası ilə qarşılaşacaq.
“Bayquşlar”ın baş məşqçisi Murad Musayev bu rəqiblə oyunlar üçün 25 futbolçu seçib. Onun sərəncamında 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu var.
Qapıçılar: Yusif İmanov, 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev;
Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Con İrasabal, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 17. Tellur Mütəllimov, 22. Seymur Məmmədov, 44 Sofian Çakla, 99. Hiqor Qabriel;
Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev, 11. Kristian Sebalyos, 12. Vensan Till, 15. Kristian da Silva, 21. İldar Ələkbərov, 29. Ceyhun Nuriyev;
Hücumçular: 18. Davit Volkov, 19. Emmanuel Apeh, 20. Coy-Lens Mikels, 27. Jarl Marqarita, 77. Namiq Ələsgərov.
Xatırladaq ki, ilk dəfə avrokuboklarda iştirak hüququ qazanmış “Sabah” ilə RFS arasında ilk oyun iyulun 26-da Riqada keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Cavab görüşü isə avqustun 3-də Masazırda keçiriləcək. Həmin qarşılaşmanın start fiti də saat 20:00-da səslənəcək.


