PSJ Markinyosu Mbappeyə dəstək olduğu üçün satışa çıxarır?!

PSJ fransalı hücumçusu Kilian Mbappeni dəstəklədiyi üçün klubun kapitanı, braziliyalı mərkəz müdafiəçisi Markinyosu satışa çıxara bilər.

Arena.az bu barədə “Sports Zone” portalına istinadən məlumat verir.

Daha əvvəl Markinyos verdiyi müsahibəsində Kilian Mbappeni müstəsna futbolçu adlandırıb və onun klubda qalmasını arzuladığını bildirib.

PSJ rəhbərliyin bu fikirlərinə görə Markinyosa hiddətləndiyi vurğulanır. İndi PSJ-yə müdafiəçi ilə bağlı sərfəli təklif gələcəyi halda, Paris klubu futbolçunu komandada saxlamayacaq.

Markinyos 2013-cü ildən PSJ-də çıxış edir və klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə Markinyos 44 oyunda meydana çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Markinyosu 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: