Kilian Mbappe sirli ismarış paylaşdı

Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe son paylaşımlarından biri ilə sosial şəbəkələrdə fəal müzakirələrə səbəb olub.

Arena.az bu barədə “RMC Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, müvafiq paylaşımda bir çox azarkeşlər Mbappenin “Real”a keçidi ilə bağlı ipucu görürlər.

Müzakirəyə Mbappenin paylaşımından son foto səbəb olub. Fotoda süfrə üzərində üç ədəd “doqquzluq” oyun kartı əks edilib. Bu birləşmə numerologiyada xüsusi əhəmiyyət kəsb edən 999 rəqəmi kimi qəbul edilir.

“Astrocenter” saytından müvafiq kombinasiyaya belə şərh verilib:
“999 mələk ədədi bir şeyin tamamlanmasını, bitməsini, nailiyyətini rəmzləşdirir. Bu, indi həyatınızda baş verənlərin sona çatdığına işarədir”.

Digər bir versiyaya görə, 99 ədədi köhnənin sonu və ya yeni bir işin başlanğıcı deməkdir.

PSJ-nin Yaponiya turuna aparılmayan Kilian Mbappe klub rəhbərliyi tərəfindən satışa çıxarılıb. Fransa nəhəngi müqaviləsinin müddəti gələn yay bitəcək futbolçusunu bu yay satmaq istəyir. Hazırda hücumçunun “Real”a transferi daha çox gündəmdədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: