Kilian Mbappe müqaviləsini yeniləməsə, PSJ-də oynamayacaq

PSJ komandanın fransalı ulduz hücumçusu Kilian Mbappe və onun gələcəyi ilə bağlı fikirlərində qəti mövqeyini bir daha ortaya qoyub.

Arena.az bu barədə “Footmercato” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 24 yaşlı ulduz hücumçu bu yay klubla müqaviləsini yeniləmədən PSJ-də qalmağa qərar verəcəyi halda, qarşıdakı yeni mövsümdə ümumiyyətlə komandada oynamayacaq. Bu addımı ilə PSJ, yalnız Mbappenin satışı və ya müqaviləsini yenilməsi ilə tərəflər arasında yaranmış gərginliyi aradan qaldıra biləcəyini bildirmək istəyir.

Xatırladaq ki, Kilian Mbappenin müvafiq davranışı PSJ-də klubdaxili sağlam ab-havaya ciddi xələl gətirir. Komandada kollektivdaxili tarazlıq pozulur. Məşqçilər qərargahı hələ də komandanı Mbappe və ya onun iştirakı olmadan qurmaq tədbirində yekdil nəticəyə gələ bilməyib.

PSJ Mbappenin “Real”la gizli anlaşmasına əmin olduğu üçün ulduz hücumçunu komandanın Yaponiya turundan xaric etmişdi. Mətbuatın yazdığına görə Mbappe satışa çıxarılıb.

Daha əvvəl PSJ, müqaviləsini yeniləmədən klubda qalmağa qərar verəcəyi halda, Mbappeni qarşıdakı UEFA Çempionlar Liqasının iştirak ərizəsinə salmayacağını bildirmişdi. Həmçinin Fransa nəhənginin komandanın ümumiyyətlə Mbappe ilə oyuna çıxmamaq tədbiri üzərində düşündüyü haqda məlumat yayılmışdı. Bu gün PSJ nəhayət ki, qəti mövqeyini nümayiş etdirib. Mbappenin son qərarını vermək üçün düşünməyə isə demək olar ki, vaxtı qalmayıb.

Qeyd edək ki, PSJ artıq bundan sonra Kilian Mbappe ilə müqavilənin müddətini 2025-ci ilin yayına qədər uzatmaq variantını aktivləşdirə bilməz. Bunun üçün sözləşmədə göstərilən müddət iyulun 31-də başa çatıb. 24 yaşlı hücumçunun hazırkı anlaşması 2024-cü ilin yayına qədərdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: