Mbappe PSJ-nin satmaq öhdəliyi ilə yeni müqavilə təklifini rədd etdi

PSJ klubun fransalı ulduz hücumçusu Kilian Mbappe ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlarda müsbət razılığa gələ bilməyib.

Arena.az bu barədə jurnalist Ben Ceykobsun xüsusi mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir.

Mənbənin məlumatına görə, PSJ ulduz futbolçusuna gələn yay satış öhdəliyi ilə yeni müqavilə təklif edərək, Mbappeni pulsuz transferlə komandadan ayrılmamağa inandırmaq üçün növbəti cəhdini edib. Amma Mbappe Paris klubunun bu təklifindən də imtina edib.

Xatırladaq ki, daha əvvəl PSJ Mbappeni komandanın Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışından xaric edərək, mətbuatın yazdığına görə transferə çıxarıb. Fransa nəhəngi bu addımını Mbappenin PSJ-dən gizlincə “Real”la razılıq əldə etməsinə əminlik müqabilində atdığını əsas gətirib.

Hazırda klubla ulduz futbolçu arasında münasibətlər gərginlik həddindədir. Onun müvafiq davranışı klubdaxili ab-hava çox mənfi təsir göstərib. Bir müddət əvvəl PSJ prezindenti Nasser Əl-Xelaifi komandanın qarşısında qısa nitq söyləyərək, klubdan ayrılmaq istəyən hər kəsin öz seçimində azad olduğunu, klubun mövqeyinin hər şeydən, ayırıca götürülmüş şəxslərdən yüksək olduğunu vurğulamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: