Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizan” – “Sabah” matçının vaxtı və hakimləri açıqlanıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Serbiya və Azərbaycan komandalarının cavab oyunu avqustun 17-də Belqraddakı “Partizan” stadionunda keçiriləcək.
Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. UEFA sözügedən komandaların həlledici oyununu Polşadan olan hakimlərə tapşırıb.
Oyunun baş hakimi FİFA referisi Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri Marçin Bonek və Yakub Vinkler kömək edəcəklər. Görüşün ehtiyat hakimi Patrik Qritskeviç olacaq.
Xatırladaq ki, “Partizan” ilə “Sabah” arasında ilk görüş avqustun 10-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. UEFA həmin oyunu da Gürcüstandan olan hakimlərə həvalə edib.


