PSJ-nin Kilian Mbappenin transferi ilə bağlı “Real”la razılığa gəldiyi və sövdənin yaxın saatlarda gerçəkləşəcəyi haqda məlumat yayılıb.
Arena.az bu barədə “Goal.com” portalının tanınmış ispan jurnalisti Rodriqo Faesə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, PSJ-nin ipə-sapa yatmaz ulduzu İspaniya nəhəngi ilə müqavilə imzalamağa yaxındır. Parislilərin rəhbərliyi gələn yay Mbappenin müqaviləsi bitincə, ulduzu azad agent qismində havayı əldən verməmək üçün, hücumçunun transferinə razılıq verərkən güzəştə getməyə məcbur olub.
Kilian Mbappenin “Real”la uzunmüddətli müqavilə imzalamağa hazırlaşdığı bildirilir. Üstəlik, jurnalist iddia edir ki, Mbappe Madrid klubunda debütünü avqustun 12-də İspaniya La Liqasının 1-ci turu çərçivəsində Bilbao “Atletik”i ilə oyunda həyata keçirə bilər.


