Premyer Liqa: “Sabah”dan mövsümə möhtəşəm start!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 20232024 mövsümünün 1-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçı Masazırda “Sabah”la “Qəbələ” arasında baş tutub.

Bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən bu komandalardan “Qəbələ” mübarizəni erkən dayandırmışdı. “Sabah” isə ilk cəhdində mərhələ adlamağı bacarmışdı və gələn həftə növbəti avrokubok sınağına çıxacaq.

Masazırdakı “Bank Respublika Arena”da baş tutan çempionat oyunu da “Sabah” üçün uğurlu alınıb. Murad Musayevin yetirmələri Elmar Baxşıyevin komandasını 5 cavabsız qolla məğlub edib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”a 3:0, “Sumqayıt” “Səbail”i 4:1, “Zirə” “Qarabağ”ı, “Kəpəz” də “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
1-ci tur
6 avqust

“Sabah” – “Qəbələ” 5:0
Qollar: Emmanuel Apeh, 21. Anatoli Nuriyev, 36. Aleksey İsayev, 45. Coy Lens Mikels, 56. Tellur Mütəllimov, 79.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”.

Sabah: 1. Yusif İmanov, 77. Namiq Ələsgərov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 20. Coy Lens Mikels, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: