Bu gün Azərbaycan təmsilçiləri “Sabah” və “Neftçi”nin Avropa Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşəcək.
Arena.az xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirinin pley-off mərhələsinin püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək.
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə Azərbaycan təmsilçilərinin də potensial rəqibləri müəyyənləşəcək.
3-cü raundda Serbiya təmsilçisi “Partizan”la qarşılaşacaq “Sabah” mərhələ adlayacağı təqdirdə, nisbətən asan rəqiblə qarşılaşa bilər. Çünki “Partizan”ın UEFA əmsalına görə, bu cütlük püşkatma zamanı “səpələnmişlər” sırasında qərarlaşacaq. 3-cü təsnifat mərhələsinin “Neftçi” – “Beşiktaş” (Türkiyə) cütü isə əksinə, “səpələnməmişlər”də olacaq.
Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq. “Ayntraxt” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə), “Fiorentina” (İtaliya) və “Osasuna” (İspaniya) mübarizəyə birbaşa pley-offdan başlayacaqlar. Onlardan “Osasuna” “Sabah”ın, digərləri isə “Neftçi”nin potensial rəqibləridir.
Eyni zamanda, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da “Neftçi” – “Beşiktaş” duelinin qalibi ilə üz-üzə gələ bilərlər.
Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birinə rəqib ola bilməzlər. Həmçinin, “səpələnmişlər”də qərarlaşan “Bodo Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü “Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.
Xatırldaq ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-off mərhələsi
Səpələnmişlər:
“Ayntraxt” (Almaniya)
“Lill” (Fransa)
“Aston Villa” (İngiltərə)
“Fiorentina” (İtaliya)
“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) cütü
“Alkmaar” (Niderland) – “Santa Koloma” (Andorra) cütü
“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü
“Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütü
“Fənərbaxça” (Türkiyə) – “Maribor” (Sloveniya) cütü
“Midtyulland” (Danimarka) – “Omoniya” (Kipr) cütü
“Partizan” (Serbiya) – “Sabah” (Azərbaycan) cütü
PAOK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) cütü
“Makkabi” (Təl-Əviv, İsrail) – AEK (Kipr) cütü
“Viktoriya” (Çexiya) – “Qzira Yunayted” (Malta) cütü
“Bodo Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü
Avropa Liqasında “Slaviya” (Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün məğlubu
Avropa Liqasında “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu
Səpələnməmişlər:
“Osasuna” (İspaniya)
“Lex” (Polşa) – “Spartak” (Slovakiya) cütü
“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü
“Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) cütü
APOEL (Kipr) – “Dila” Gürcüstan) cütü
“Beşiktaş” (Türkiyə) – “Neftçi” (Azərbaycan) cütü
“Tvente” (Niderland) – “Riqa” (Latviya) cütü
“Riyeka” (Xorvatiya) – “Torshavn” (Farer adaları) cütü
“Aruka” (Portuqaliya) – “Brann” (Norveç) cütü
“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü
“Legiya” (Polşa) – “Austriya” (Avstriya) cütü
“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü
“Osiyek” (Xorvatiya) – “Adana Dəmirspor” (Türkiyə) cütü
“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) cütü
“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) cütü
“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) cütü
“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü


