“Neftçi” və “Sabah”ın futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin siyahısı konkretləşib.
Arena.az xəbər verir ki, bu gün keçiriləcək püşkatma zamanı Azərbaycan klublarının cütlükləri müvafiq olaraq 2-ci və 4-cü qrupda yer alacaqlar.
3-cü təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” komandası ilə qarşılaşacaq “Neftçi”nin cütü “səpələnməmişlər” səbətində olacaq. Onların potensial rəqibləri bu komandaların arasından seçiləcək:
“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü
“Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütü
“Viktoriya” (Çexiya) – “Qzira Yunayted” (Malta) cütü
“Lill” (Fransa)
“Sabah” ilə Serbiyanın “Partizan” komandası isə püşkdə “səpələnmişlər”də qərarlaşacaq. Murad Musayevin yetirmələrinin mümkün rəqibləri bunlardır:
“Osasuna” (İspaniya)
“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü
“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü
“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü
“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü
Qeyd edək ki, Avropa Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


