Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Partizan” oyununa bilet satışına başlanılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Biletləri “iticket.az” saytından, “Iticket”in satış məntəqələrindən, sabahdan etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə edə bilərsiniz.
Satılmış hər biletdən əldə olunan 1 AZN məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Biletləri onlayn formada almaq üçün bu linkdən istifadə edə bilərsiniz: https://iticket.az/events/sport/sabah-fk-fk-partizan/97688
Qeyd edək ki, “Sabah” – “Partizan” oyunu avqustun 10-da Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq. Komandalar arasındakı ilk oyuna saat 20:00-da start veriləcək.
Azərbaycan və Serbiya təmsilçiləri arasındakı cavab qarşılaşması isə avqustun 17-də Belqradda, “Partizan” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtilə ilə saat 23:00-da start veriləcək.
Xatırladaq ki, “Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS komandasını mübarizədən kənarlaşdırıb – səfərdə 2:0, evdə 2:1 qalib gəlməklə!




