Kilian Mbappe odla su arasında – ortada 40 milyon dollar var

PSJ-nin fransalı hücumçusu Kilian Mbappe Paris klubunu tərk etmək istəyini ictimai surətdə bəyan edərsə, sadiqlik bonusunu itirəcək.

Arena.az bu barədə jurnalist Andres Ramosa istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Mbappe PSJ-dən ayrılmaq istəyini açıq-aşkar dilə gətirsə, Paris klubunun ulduz futbolçuya sadiqiliyi müqabilində avqustun 31-də ödəyəcəyi 40 milyon dollar məbləğində loyallıq bonusundan məhrum olacaq.

Eyni zamanda, Mbappenin transferində maraqlı olan və hücumçunun da keçmək istədiyi “Real”, öz istəyini açıq şəkildə ictimaiyyətə bəyan etməyincə, ulduz futbolçunun xeyrinə heç bir addım atmayacaq.

“L’Equipe” nəşrinin məlumatına görə, “kral klubu” Mbappenin PSJ-ni tərk etmək istəyini açıq-aşkar bəyan etməsində maraqlıdır. Bu halda ulduz futbolçunun cari yay transfer pəncərəsində “Real”a keçidini həyata keçirməyə hazırdır. “Real” rəhbərliyi Mbappenin bu istəyini aşkar bəyan edəcəyi halda, 180-200 milyon avro məbləğində xərci ortaya qoyacaq.

Daha əvvəl Mbappenin PSJ ilə müqaviləsini yeniləməkdən imtina etdiyi bildirilirdi. Ardınca PSJ rəhbərliyi Mbappeni komandanın Asiya turundan xaric etmişdi.

Bu gün isə Kilian Mbappe Asiya turundan qayıtmış əsas komanda ilə məşqlərə buraxılmayıb. Hücumçuya transferə çıxarılmış oyunçuların yer aldığı heyətlə məşqlərə çıxmaq tapşırığı verilib.

Mətbuatda deyilir ki, PSJ klubla müqaviləsini yeniləməyəcəyi halda, Mbappeni UEFA Çempionlar Liqasının qarşıdakı mövsüm üçün iştirak ərizəsinə salmayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: