“Partizan” “Sabah”la oyunlar üçün 21 futbolçu sifariş etdi

“Partizan” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Arena.az xəbər verir ki, Serbiya təmsilçisinin baş məşqçi İqor Dulyay Azərbaycan klubu ilə görüşlər üçün 21 futbolçu seçib.

Bu yay fasiləsində “Neftçi”dən qalmaqallı şəkildə ayrılaraq Serbiya klubuna keçən braziliyalı hücumçu Mateus Saldanya da siyahıda yer alıb. O, bu həftə yenidən Bakıya gələcək.

Heyətdəki futbolçulardan 2-si qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 1. Aleksandr Yovanoviç, 85. Nemanya Stevanoviç;

Müdafiəçilər: 2. Arancel Stoykoviç, 4. Sinişa Saniçanin, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 12. Zlatan Şehoviç, 17. Marko Jivkoviç, 26. Aleksandr Filipoviç;

Yarımmüdafiəçilər: 7. Severina Xander, 8. Frank Elimane Kanute, 10. Bibras Natxo, 15. Aldo Kalulu, 19. Aleksandr Şçekiç, 36. Nikola Terziç, 40. Kristiyan Beliç, 55. Danilo Pantiç;

Hücumçular: 9. Kvinsi Meniq, 11. Mateus Saldanya, 20. Andriya Pavloviç, 23. Nemanya Nikoliç.

Qeyd edək ki, “Partizan”la “Sabah” arasındakı ilk oyun avqustun 10-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə ayın 17-də Belqradda baş tutacaq. Həmin oyuna da Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Sonda onu da xatırladaq ki, “Partizan” – “Sabah” cütünün qalibi Avropa Konfrans Liqasının pley-off mərhələsində “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Azərbaycan və Serbiya klublarından güclü olan pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: